Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

tima 2018-07-13 22:52:24

Ay liftin pulun yeyən mundarlar sizin günahlnlzdi

Son yazılar