ÖLKƏDƏ NİYƏ ENERJİ BÖHRANI BAŞ VERDİ?  - Ekspertlər səbəbləri açıqladı

İyulun 12-də Azərbaycanın 27 faiz hissəsində yenidən elektrik verilişində fasilə yarandı. Rəsmi məlumata görə, buna səbəb  Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində olan zəmilərdə naməlum yanğın hadisələri olub.  Nəticədə təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev hadisənin suallar doğurduğunu deyib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”, - deyə Pirverdiyev söyləyib.

İlham İsmayıl ile ilgili görsel sonucu

Doğrudanmı burada kənar qüvvələrin təsiri var? “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hər hansı bir təxribatın olduğunu düşünmür: “Düşünürəm ki, Azərbaycanda elektrik avadanlıqları çox köhnəlib və buna görə də iş gərginliyinə, havaların isti keçməsinə dözə bilmir. Burada xüsusi təxribat görmürəm. Ən azından təxribat olsaydı, ilk olaraq Dövlət Təhlükəsizlik Xidməti, ardınca digər hüquq-mühafizə orqanları bununla məşğul olmalı idilər - əgər ortada element olardısa. Prezidentin yanında aparılan müşavirədə də məlum oldu ki, avadanlıqlara ayrılan vəsaitlər faktiki olaraq yeyilib. Yararsız hala düşən avadanlıqları da birdən-birə təzələmək olmaz. Elə müşavirədə də deyildi ki, buna zaman lazımdır. Bu zaman tam bitənə qədər düşünürəm ki, biz, elektrik kəsintisi ilə üzləşəcəyik”.

Əzim Məsimov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında “Azərenerji”də də bir müddət çalışmış, ekspert Əzim Məsimov isə söylədi ki, ümumilikdə şəbəkədə olan problem aradan qaldırılmalıdır: “Bizim elə bir sistemimiz var ki, bir stansiyada qəza olduğu zaman ən azından strateji obyektlər işıqsız qalmamalıdır. Xüsusilə söhbət ”Bakı Metropoliteni"ndən gedir. O sistem bizdə var ki, bu obyekti daima işıqla təmin edə bilərik. Düşünürəm ki, şəbəkə-mühəndis quruluşları yetərincə deyil. Mingəçevirdəki hadisə ilə bağlı müşavirədə əslində cənab prezident tərəfindən hər şey dəqiqliyi ilə bildirildi. Yəni söylənildi ki, şəbəkədə problemlər var. Hər bir şəbəkədə giriş-çıxış xüsusi avadanlıqlarla bloklanır. Yəni bir sistem bağlanır, digər sistemə heç bir təsir etmir. Bu şəbəkə sistemini doğru qaydada qurmaq lazımdır. Belə olmasa, qəza hadisələri zamanı yenə də eyni vəziyyətə düşəcəyik.

Metro stansiyası burada deyərdim ki, əsas faktorlardan biridir. Bizdə birinci, ikinci və digər kateqoriyalı obyektlər var. Metro, təhlükəsizlik orqanları, Prezident Aparatı və digər bu kimi qurumların işıq təminatı bütün kateqoriyalardan yüksəkdə dayanır. Yəni aksiom budur ki, həmin qurumlarda, orqanlarda işıq daima olmalıdır. Əgər bir stansiyaya bağlı olsaydıq, deyərdik ki, şəbəkəni təmin etmək mümkün deyil. Lakin belə deyil axı. Sumqayıtda, şimal regionlarında, Neftayırma Zavodunda 500 min kilovat, Şirvanda 800 min kilovat gücündə stansiyalarımız var. Bu stansiyalar imkan verir ki, Bakı şəhəri stabil enerji ilə təmin olunsun. Bütün ərazilər də olmasa, əsas obyektlər işıqsız qala bilməz. Ancaq şəbəkənin quruluşunda olan texniki nöqsanlar buna imkan vermir. Bir hadisə baş verən kimi sistem dayanır. Metronun özünün generator sistemi olmalıdır ki, bu cür hadisələr zamanı problem yaranmasın. Sistemdə böyük mühəndislik savadsızlığı var. Mütəxəssis çatışmazlığını aradan qaldırmaq lazımdır".

Ekspertə görə, baş verənlərdən sonra bütün sistem yoxlanmalıdır: “Çatışmazlıqlar bir-bir aradan qaldırılmalıdır. Xüsusilə də yuxarıda qeyd etdiyim bloklanma sistemi qurulmalıdır. 2002-ci ildə də Ağsudan keçən xətlərdə problem olduğu üçün Bakı işıqsız qalmışdı. Qanunda mühafizə zolağı məsələsi olsa da, xəttin altını bitkidən, əkindən məhrum etmək də çətin məsələdir. Məncə, ağlabatan deyil ki, istilik səbəbindən xətt sıradan çıxa. Çünki yerlə xəttin arasındakı məsafə böyükdür. Bu, meşə yanğını deyil ki, alovun hündürlüyü 10-15 metr qalxsın. Bununla bağlı doğrudan da ciddi araşdırmalar aparılmalıdır. Bəziləri Mingəçevir SES-in yerinə başqa SES-in tikintisi məsələsini qaldırmışdı. Bu, real söhbət deyil. İllərdir ki, Mingəçevir SES yaradılıb və bunun bütün xətləri qurulub, başa çatdırılıb. Orada böyük sistem var və bunu yenidən yaratmaq milyardlarla vəsaitə başa gələr. Mövcudu dağıtmaq yox, bərpa etmək lazımdır. Bunun üçün də ağıllı mütəxəssisləri işə dəvət edib, məsləhətlər almaq gərəkdir”.

"AzPolitika.info" xarırladır ki, “Azərenerji”nin saytındakı məlumatdan görünür ki, Naxçıvan da daxil olmaqla, Azərbaycanda 32 obyektdə elektrik istehsal olunur. Yəni, Mingəçevir elektrik istehsal olunan yeganə yer deyil. Bəs onda niyə ölkədə ENERJİ FƏLAKƏTİ yaşandı. Həm rəsmi açıqlamalardan, həm də iqtisadçı ekspertlərin fikirlərindən belə məlum olur ki, bunun bir səbəbi var: KORRUPSİYA!

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib ki, 2005-2015-ci illərdə elektrik enerjisi infrastukturunun qurulmasına, azı 10 modul stansiyanın tikilməsinə 1 milyard manatdan çox pul ayrılıb, ümumilikdə isə son 15 ildə bu sahəyə 5 milyard manat yatırılıb: “Bu pulların necə xərclənməsi, nəticədə camaatın niyə qaranlıqda qalması elə 2 gün əvvəlki Bakı gecəsi qədər qaranlıqdır. 18 ildir ”Azərenerji”yə daxil ola bilmirəm. Etibar Pirverdiyev gələndən “Azərenerji”də dialoq olduğunu, kiminləsə müzakirə aparıldığını xatırlamıram. Ona görə də, mənə çətindir cavab vermək ki, bütün bunlar hansı səbəbdən baş verir”.

İqtisadçı Vüqar Bayramov isə deyib ki,  qurumun enerji satışından əldə etdiyi gəlirinin yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki, 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. “Maraqlıdır ki, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.

V.Bayramov qeyd edib ki, “Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar Cəmiyyətlərdəndir: “Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb...

Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla, vəsait ayrılıb: “Göründüyü kimi, “Azərenerji” ASC-yə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq, qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər də göstərir ki, elektrik sistemində modernləşdirmə problemi var. Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var.” 

Buna da bax:  5 MİLYARD TALANIB, 2 MİLYARD BORC YARANIB! –  “Azərenerji”nin gəliri artdıqca zərəri çoxalır!?

635x100

Şərhlər

X 2018-07-14 09:24:33

.....nedi ki hele tamamlanmamis nece obyekt var yazigin

Sedaqet 2018-07-14 09:24:33

Dunen ele azpolitikada NIZAMI rayonuNda yashilliqlarin kesilmesini qeyd edilmishdir. Bunudami xarici guvve edir? Bunu NIZAMI r-u ICRA HAKIMI edir. Bu texribatdi amma daxilden olan texribat amma en duzgun adi cenab prezidente memur terefinden olan xeyanetdir. Kim edir? Rayonun bashcisi. Digerleri kimi. Ona gorede biri ciddi ceza alsa digeri bele etmez . ALLAH bilir nece millionluq bina ucaldirlar. Prezident deyir etmeyin bunlar ele bilki divardi, soz deyib qayidir

Sedaqet 2018-07-14 09:24:33

GM sozleri ile raziyam. Texribat var duzdu amma xarici guvvelef deyil daxili guvvelerdi. Prezidente xeyanet edenler. Menurlarin 90%xeyanet efir dovlete ve prezidente. Mahmudovjn etdiyi nedi? Kenardan kimse etmedi ki ?!! .... eleleri coxdu.... bunlar xarici sayilirlar? Ozumuzunkidide, hemde cenab prezidentin onlara olan munasibetine qarshi bu cur hereketler? Texribatdi amma daxilden

o.b.n 2018-07-14 09:24:33

Heç bir təxribat yoxdur.Bu Korrupsiyanın nəticəsidir.«bədbəxt millət və bəxtəvər məmurlar».

o.b.n 2018-07-14 09:24:33

Heç bir təxribat yoxdur.Bu Korrupsiyanın nəticəsidir.«bədbəxt millət və bəxtəvər məmurlar».

Bashirov Qarib 2018-07-14 09:24:33

Yenə də milyardlar( on tonlarla pullar)havada uçuşur.Keçən əsrdən qalma komunikasiya aqreqatları TV-lərdə göstərilir......Enerjinin qiyməti də o qədər bahadır ki,onu da qaldırsalar 55 man. pensiyaya tərk edilmiş insanlar,116 man.minumum maaş alanlar,lap elə 200-250 man. alan sadə insanlar çökər....

EWDER 2018-07-14 09:24:33

ESAS INKIWAFDU....BUTUN NAZIRLIK VE IDARELERI ,,ASAN XIDMETE,,VERMEK LAZIMDI...... NAZIRLERIMIZI ISE LEVQ ETMEK LAZIMDIR

G.M 2018-07-14 09:24:33

Birmənalı deyərdim ki,Azərbaycan çox güclü Dövlətdir..Və onun ərazisində təxribatdan söhbət gedə bilməz.Ancaq xəyanət ,karrupsiya və Dövlət Başçısını aldatma cəhdi hər bir məmurun tamahı ölçüsündə mümkündür.30 il heç bir təmir görməyən İES-nın partlayıb,dağılması karrupsiyanın,..Və qəzanın aradan qaldırılmasının mümkünsüzlüyü isə, savadsızlığın,məhsuliyətsizliyin nəticəsidir.

Son yazılar