“Bu görüş Sərkisyanın sonu olacaq” - Rus politoloq

“Hazırda görünən bir şey var ki, Minsk qrupu Madrid prinsipləri əsasında Qarabağ probleminə Azərbaycanın yurisdiksiyasında aralıq status qazandırmağa çalışır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.

O, aralıq statusunu qəbul etdirmək üçün Azərbaycana təzyiqlərin sürətlənəcəyini bildirib:

“Bu prosesi dayandırmaq Bakı tərəfindən mümkünsüzə çevrilib. Görünür, heç də təsadüfi deyil ki, ilk dəfə olaraq azərbaycanlı ekspertlər münaqişənin hüquqi statusunu müzakirəyə çıxarırlar. İndi müzakirə edilən ancaq bir format var. Əgər “Olland proyekti”ndən Azərbaycan imtina etsə, paket həll planından da imtina etmiş olacaq. Yəni Türkiyə Azərbaycanın qaytarılmış rayonlarına qarşılıq Ermənistanla sərhədi açmaq planından vaz keçəcək. Həmçinin Azərbaycanla Türkiyə gizli danışıqlara girib müttəfiqlik yaradılmasına, Qarabağın həllində nə isə tərs hərəkət etmək cəhdlərinin qarşısı alınacaq. Amma bu təzyiqlərə baxmayaraq, Əliyev Nyu Yorka kifayət qədər güclü gedir. Onun mövqeyi hələ ki, sarsılmayıb. Əgər Nyu Yorkda hər zamankı kimi düzgün oyun getsə, bu dəfə həqiqətən Sərkisyanın sonu olacaq. Ona görə də Əliyevlə Sərkisyanın Nyu-Yorkdakı görüşü bu baxımdan kifayət qədər maraqlı və zəngin olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar