İCRA BAŞÇISINA SUİ-QƏSDLƏ BAĞLI YENİ HƏBSLƏR - 2 baş redaktora cinayət işi açıldı + FOTO

Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı həbs edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İnformasiyaya əsasən, həbs olunan əslən Ermənistan SSR-dən olan 1966-cı il təvəllüdülü Akif Əliyevdir.

Xatırladaq ki, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. İcra başçısına silahlı hücum edən 1983 təvəllüdlü Yunis Səfərov hadisə yerində olan polis əməkdaşları tərəfindən dərhal saxlanılıb və tərksilah edilib.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilmişdir.

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –"gununsesi.info” və "teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanmışdır.

Hüquq mühafizə orqanları tərəfindən bir daha bəyan edilir ki, həmin hadisələrlə əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər barəsində ən ciddi tədbirlərinin görülməsi təmin ediləcək.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılmışlar.

635x100

Şərhlər

-- 2018-07-14 12:58:46

Bosh söhbətlərdir.

Son yazılar