Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarının sakinləri iştirak edib.

Vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar nazirə müraciətlər ediblər. Onların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı Nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar