Los-Ancelesdə avtobus qəzasında 25 nəfər xəsarət alıb

Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb. Bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qurumun məlumatında avtobusda 32 nəfərin olduğu bildirilir.

Qəzanın fəsadlarının qarşısını almaq məqsədilə hadisə yerinə 84 yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Hadisənin səbəbi barədə məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar