İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb - Çində

Afrika qitəsindən kənarda insanın varlığına dair ən qədim dəlil tapılıb.

Azərtac “Nature” dərgisinə istinadla xəbər verir ki, ingilis və çinli elm adamları Çinin Şanxay şəhərində tapılan daş alətlərin bölgədə 2,12 milyon əvvəl ibtidai insanın mövcudluğuna sübut olduğunu deyiblər.

Müxtəlif məqsədlərlə istifadə edildiyi düşünülən daş alətlərin çoxu kvarsitdir.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın Dumanisi rayonunda qədim insana aid 1,8 milyon illik nümunələr aşkarlanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar