BMT Təhlükəsizlik Şurası Pakistanda törədilmiş terror aktını pisləyib

BMT Təhlükəsizlik Şurası Pakistanın Mastunq şəhərində azı 128 nəfərin ölümü ilə nəticələnən terror aktını qəti şəkildə pisləyib.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bəyanatda BMT Təhlükəsizlik Şurasının iştirakçı ölkələrinin hadisədən dərin təəssüf hissi keçirdikləri bildirilir, həlak olanların ailəsinə və Pakistan hökumətinə başsağlığı verilir, xəsarət alanların tezliklə sağalması arzu edilir.

Qeyd olunub ki, istənilən halda və formada terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Təhlükəsizlik Şurası terror aktları törədənlərin, onların təşkilatçılarının, maliyyəçilərinin məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayıb, bütün dövlətləri beynəlxalq hüquq öhdəliklərinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Pakistan hökuməti və bütün müvafiq orqanlarla əməkdaşlıq etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar