EMİN AĞALAROV YENİDƏN EVLƏNDİ - VİDEO + FOTOLAR

Xalq artisti Emin Ağalarov ikinci dəfə ailə həyatı qurub. O, müğənni Alyona Qavrilova ilə nikah masasına oturub. Moskvada baş tutan mərasimə Rusiyanın tanınmış simaları qatılıb. Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, toya yalnız seçilmiş dostlar və tanışlar dəvət alıblar.Bəylə gəlini və qonaqları mərasimi aparan müğənni Vladimir Kuzmin əyləndirib. O, verilən məlumata görə, Emin Ağalarovun və Alyona Qavrilovanın uşaqlıqlarının kumiridir. Emin və Alyona toyla bağlı təntənəli elan vermək istəməyiblər, mərasimə yalnız ən yaxın və əziz qonaqları dəvət ediblər. Amma hətta belə format və statusda da toy bahalı və təmtəraqlı, həmçinin kifayət qədər genişmiqyaslı alınıb.

Təşkilatçılar məxsusi olaraq bu bayram üçün qolf-klubun ərazisində böyük yarımşəffaf çadır qurublar. Cah-cəlallı qonaqlıq məhz onun daxilində keçib, yaxınlığnda isə ulduz artistlərin çıxış etdikləri səhnə quraşdırılıb.

Emin Ağalarov və Alyona Qavrilova 2016-cı ilin yazında təsdiq etdikləri münasibətlərini uzun müddət gizlədiblər. Biznesmen bu yaxınlardakı müsahibələrindən birində demişdi ki, " öz xoşbəxtliyini tamamilə dəqiq tapıb": "Alyona-dost, silahdaş, həyatda etibarlı partnyordur. O məni başa düşür. Əminəm ki, Alyona məni pis vəziyyətdə qoymayacaq və satmayacaq. O hər bir kişinin axtardığı həmin o etibarlı arxadır. Bizə birlikdə çox xoşdur".

Xatırladaq ki, Eminin subaylıq həyatı ilə ikinci dəfə vidalaşmağa qərar verdiyi barədə bu ilin başlanğıcında, o, sevgilisinə evlənmək barədə təklif edəndən sonra danışmağa başlamışdılar.

Qeyd edək ki, Emin Leyla Əliyeva ilə ailəli olub. Bu evlilikdən onların Əli və Mikayıl adlı əkiz oğulları var.

635x100

Şərhlər

G.M 2018-07-14 23:34:53

Halal olsun ``xalq`` Artistimizə.Allah xoşbəxt eləsin.Ancaq azərbaycan xalq artistinin toyunda Azərbaycan xalq nümayəndələri də dəvət olunsa Əla alınardı.Toyu niyə məhz xalq artistimiz murad dadaşov aparmayıb ki...aygünün,ədalətin muğamı eşidilmədi.Yenə də Allah Xoşbəxt eləsin.

OQTAY 2018-07-14 23:34:53

Natasa,Tanya,Valya,Alyona ve s..,kimi ruslarla aile qurdusa axiri "0"-dir!

cəngərlik sakini 2018-07-14 23:34:53

xəlqimizin artistləri ilə fəxr edin millət.....

Azər 2018-07-14 23:34:53

Bakıya gəlməyə icazə vermək lazım deyil. Əsəbləşdim. ...

OXUCU 2018-07-14 23:34:53

MİLLƏTİMİZ MANYALARA ,TANYALARA BƏND OLACAQMIŞ,ƏRKƏK TÜKƏZBANLARI NEYNƏRDİN İLAHİ. ALLAH SƏNƏ RƏHMƏT ELƏCİN MİRZƏ ƏLƏKBƏR SABİRŞ

Son yazılar