HARIN MƏMUR ÖVLADLARI İLƏ BAĞLI AÇIQLAMA  - VİDEO

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma aparılır:

"Videodan da göründüyü kimi, bu olduqca köhnə bir materialdır. Sujetlə bağlı artıq xəbərimiz var və onunla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, sujetdə heç nə görünmür və bilinmir. İlkin versiya bundan ibarətdir ki, kadırlar olduqca köhnədir. Sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. İnsanların üzünü belə müəyyənləşdirmək olmur. Bütün bunlara baxmayaraq araşdırma davam edir”.

Vaqif Əsədov bildirib ki, araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək.

***

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

Çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.

Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.

Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.

Yeri gəlmişkən, yol polisi əməkdaşlarının baş verənlərə müdaxilə etməməsi və yol hərəkəti qaydalarının bu cür kobud şəkildə pozulmasının qarşısını almaması da həmin versiyanı yalnız təsdiq edir.(Virtualaz.org)

 

635x100

Şərhlər

86 saYLı ORTA MəKTəBIN DIREKTORU HAQDA 2018-07-16 12:51:47

Arzu ALLAHŞÜKÜR QIZI AZADƏLİYEVA dövlət orqanlarında onu dəstəkləyən QRUPA ARXALANARAQ orta məktəbin əmək müəllimini artıq 1 ildən çoxdur ki, işə buraxmır...

Vətəndaş 2018-07-16 12:51:47

Çox güman ki, bu uşaqlar hallı olublar. Bəlkə də narkotika naludəçiləridir. Valideynlər uşaqlarına ciddi nəzarət etməlidirlər.

Telman Ağayev Fərəc oğlu 2018-07-16 12:51:47

Bütün tunellərdə müşahidə kameraları var və video materialın kim tərəfindən yerləşdirildiyi məlumdur. Bunu təyin etməkdən ötrü yeni Amerika kəşf etmək lazım deyil. Adi bir vətəndaşın avtomobili təsadüf nəticəsində orada dayansaydı onda DYP,PPX bir dəqiqə keçməmiş peyda olacaqdılar.Bəsdir milləti avam saydınız.

veten 2018-07-16 12:51:47

bu olkede qanun yoxdur? varsa o da seher saat 10 dan sonra o da ki çaspike dushur

tima 2018-07-16 12:51:47

YETIM BALALARI OLSAYDI TEZ GÖRƏRDİN

Mirhəsən 2018-07-16 12:51:47

Bütün bunlar məmurara nzarətin olmadığının,özbaşınalığın və möhtərəm Prezidentin göstərişlərinə biganəlik göstərən iri ranqlı məmurların və onların evladlarının nəzarətdən kənar qalmalarının nəticəsidir.Çünki nəzarət edəcək olanlar da belə məmurlardandırlar...... Belə hallar hətta mətbuata çıxarılsa belə ölçü götürülmür.DEməli məmurlar nəzarətsizlik mövcuddur.Demokratiya belə olmur!

turan 2018-07-16 12:51:47

bunu adi vətəndaşlar etsəydi polis onları ən azı 30 sutka basmışdı içəri...

Oxucu 2018-07-16 12:51:47

Kim deyir ki bunlar memur evladlaridir?..bunlar Cavan gormemishlerdir....xalis ....edibler...Hal bu ki onlarin Tay tushlari Veteni qorumalidir....

EWDER 2018-07-16 12:51:47

molodes...

t.ədalət 2018-07-16 12:51:47

Harın məmur uşaqları terrorçular qədər təhlükəlidir.Cəzasızlıq hökm sürdükcə Azərbaycan bu bəlalardan əziyyət çəkəcək.

NURəddin 2018-07-16 12:51:47

PULU BAŞINDAN AŞSA DA HEÇ BİR ÇEÇEN OĞLU, HEÇ BİR GÜRCÜ OĞLU VƏ BƏLKƏ DƏ HEÇ BİR QAFQAZLI BELƏ BİR AZĞIN,NAKİŞİ HƏRƏKƏT ETMƏZ.ÖLÜM OLSUN CANINIZA. ...HƏR BİRİNİZ AZƏRBAYCAN ÜÇÜN BİR BƏLA OLACAQSIZ.O QƏDƏR ZAVALLISİNİZ Kİ, İNSAN KİMİ SEVİNMƏYİ DƏ BACARMIRSIZ. SEVİNƏNDƏ DƏ MEYMUN KİMİ SEVİNİRSİZ.QAFQAZIN ÇUŞKALARI.

M.M 2018-07-16 12:51:47

Harın məmurlar nə prezidentinin defelerle etdiyi xeberdarliqlara ehemiyyet verir, ne de sivil olke adlandirdigimiz bu olkenin qanunlarina

) 2018-07-16 12:51:47

Başqa etibarlı menbeler onların jurnalist balaları olduğunu bildirir.

X 2018-07-16 12:51:47

Harinlamkz memurlarin harinlamis ovladlari miilete bu qeder saygiszliq ne demkdi bilrsiniz? 10 milyon bir ovuc. memurun elinde oyuncaqdi

Dr.AGAOGLU 2018-07-16 12:51:47

HERKES DOSTLARININ TOYUNDA SENLENMEK ISTEYIR.LAKIN BAXIR HARADA.BUNLAR ISE ELE GENCLERDIKI BUTUN OLKENIN HER NOQTESI ONLARIN MENSUB OLDUGU AILELERIN SEXSI MJULKIYYETIDIR. VE OZ MULKIYYETLERINDE EYLENMEK QANUNLA QADAGA DEYILDIR.VESSALAM!!!!!!

NURəddin 2018-07-16 12:51:47

... BU RƏZALƏTİ HEÇ BİR MİLLƏT GÖRMƏSİN.BUNLARIN ATALARI-ANALARI VARMI? YOXSA ATA-ANA DA ÖVLADLARI QƏDƏR EYNİ DƏRƏCƏDƏ XULİQANDIR! ... XULİQANDIRSA DAHA BALAYA NƏ DEYƏSƏN? .ş...

G.M 2018-07-16 12:51:47

Bəzi ölkələrdə Qanunlar hörümçək torudur.Güclülər (varlılar) basıb keçər, Zəiflər (kasıblar) ilişib qalarlar.Tunel nədir ki,onların ataları bu boyda Xalqın gözlərini bağlayıb,qollarını qandallayıb.Bir də ayılıb görəcəklər tunelin çıxışında alınlarının ortasına ``haqqın payası`` dirəndi.

Abit 2018-07-16 12:51:47

O qeder harınlayıblar artıq meinki insanları hetta dövleti de saymırlar

Aqsaqqal 2018-07-16 12:51:47

Yeqin muellimlerin usaqlari Qarabaqi almaq ucun trinirovka eliyirler !

alı 2018-07-16 12:51:47

Hörmətli cənab Ramil Usubov. Sizcə belələrinə dövlətin gücünü göstərməyin zamanı catmadımı? Bunlara BƏSDİR DEYƏN OLCAQMI HÖRMƏTLİ AGSAQQAL.Polis tək kasıbın polisi deyil axı, hamının polisi olmalıdır və hamını qanuna dəvət etməli,tabe etdirməlidir.

ARİF 2018-07-16 12:51:47

HARINLAMAĞIN DƏRƏCƏSİNƏ BAX HA.

Ağsaqqal 2018-07-16 12:51:47

Vaqif müəllim sizin ağsaqqal vaxtınızda,özü də polkovnik rütbəsində belə təsəvvür etməzdim......Axı orda,tuneldə kameralar var.. Rahatca tapa bilərsiniz......Çox təəssüf.Polkovnik... gününüzə baxın...çıxın oturun evdə nəvələrinizə həyatda səhvlərinizi başa salın...Gələn nəsillər heç olmasa vətən üçün yarasın.

Son yazılar