DTX GƏNCƏ HADİSƏLƏRİLƏ BAĞLI ƏMƏLİYYAT KEÇİRDİ - Yeni həbslər, sensasiyalı detallar

Gəncədə daha 7 nəfər həbs olundu

2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilmişdir.

Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, ümumilikdə 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd edən Yunis Səfərovun hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Qeyd edilməlidir ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında Qum şəhərindən yayın yapan “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

molla.jpg (70 KB)

Tohid İbrahimbəyli

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib.

Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısıdır.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

AzPolitika.info

dtx.jpg (106 KB)

635x100

Şərhlər

t.ədalət 2018-07-15 17:36:19

Bu terrorçular haqqında geniş bəhs etmək, şəkillərini vermək elə onları təbliğ etmək kimi bir şeydir.Yaxşı olar ki,hüquq-mühafizə orqanları öz fəaliyyətlərini açıq-aydın kütlələrə elan etməsin.Bu,əhalini panikaya sala bilər.İndi camaat metroya minməyə ehtiyat edir.Böyük şəhərlərdə terrorçular açıq-saçıq hərəkət edə bilməzlər.Polisdən fərqli olaraq,əhali onları dərhal(Türkiyədə olduğu kimi) cəzalandırar.

Son yazılar