Tovuz sakini: "Güllə necə dəydi bilmədim" - VİDEO

Ermənilərin vurduğu Anya Ələkbərova ANS-ə atışmadan danışıb

Ötən gün axşam saatlarından başlayaraq yenə də Əlibəyli kəndində atəş səsləri eşidilib. Yerli sakinlərin sözlərinə görə, bu dəfəki atışma son günlər ərazindəki atışmalardan şiddətli olub. Düşmən evləri, sakinləri hədəfə alıb. Nəticədə 2 mülki şəxs yaralanıb. Bunlar 52 yaşlı Anya Ələkbərova və 17 yaşlı Fərid Məmmədovdur. Qarın nahiyəsindən güllə yarası alan qadının vəziyyəti yaxşıdır.

Yaralanan Əlibəyli sakini Anya Ələkbərova həyətdə olarkən vurulduğunu deyib.

“Nəvələrimin ikisi də yanımda idi. Olardan birinin 5, digərinin 8 yaşı var. Atışma başlayanda dedim ki, gəlin gizlənək, deyəsən güclü atışma olacaq. Güllə nə vaxt mənə dəydi, bilmədim. Güllə qara ciyərimin üstündən dəyib”, deyə yaralı bildirib.

Tovuz rayon mərkəzi xəstəxanasından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 17 yaşlı Fərid Məmmədov isə çənəsindən güllə yarası alıb, üzü pis hala düşüb. Onu təcili əməliyyat olunmaq üçün Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. yaralı artıq əməliyyat edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verib. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar