119 nəfəri öldürən təyyarədən ilk görüntülər - VİDEO

Burkino-Fasodan Əlcəzairə uçan təyyarənin qəza anının görüntüləri yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Əlcəzair üzərində uçarkən qəza edən təyyarənin ilk görüntüləri yayılıb. Təyyarənin düşdüyü ərazi və ətrafa yayılan hissələr dəqiqliklə görülür. Görüntdə eyni zamanda təyyarənin bir çox detalının yandığı da diqqət çəkib.

Qeyd edək ki, təyyarə Burkina- Fasonun paytaxtı Uaqaduqudan havaya qalxıb və uçuşdan 50 dəqiqə sonra Malinin hava boşluğunda radarlardan itib. Təyyarənin içində 119 sərnişin olub. Bunlardan 50-si Fransa vətəndaşı olub.

Təyyarədə 4 Almaniya vətəndaşı, həmçinin Livan, Əlcəzair və Burkina-Faso vətəndaşlarının da olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar