İsrail ordusu fələstinlilərin mobil telefonlarına xəbərdarlıq mesajı göndərib

İsrail ordusu fələstinlilərin mobil telefonlarına mesaj göndərərək xəbərdarlıq edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail ordusu atəşkəsdən təxminən 8 dəqiqə sonra fələstinlilərin mobil telefonlarına mesaj göndərərək, “Qəzzalılar, yeni bir xəbərdarlığa qədər boşaltdığınız evlərə geri dönməyin” xəbərdarlığını edib.

Göndərilən mesajda “Atəşkəs 08:00-dan 20:00-dək davam edəcək. HAMAS, ya da digər terrorçu qruplar tərəfindən İsrail istiqamətində atəş açılarsa, İsrail ordusu atəşin açıldığı bölgələrə bütün gücü ilə cavab verəcək” qeydi də var.

Qeyd edək ki, dünən İsraillə HAMAS arasında 12 saatlıq atəşkəs razılaşması əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar