Modriç ən yaxşı futbolçu, Mbappe ən yaxşı gənc futbolçu... - Mükafatlandırma mərasimi

Xəbər verdiyimiz kimi, bu gün Fransa yığması Xorvatiyaya 4-2 hesabı ilə qalib gələrək, dünya çempionu adını qazanıb.

Strateq.az xəbər verir ki, oyundan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçiştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Onu da qeyd edək ki,  növbəti dünya çempionatı 2018-ci ildə Qətərdə keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar