ABŞ Suriyanı parçalamağa cəhd edir - Liviyada olduğu kimi...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyaya yönəlik siayasəti, Liviyada olduğu kimi, bölgəni idarə etmək məqsədilə, ölkəni bir neçə hissəyə bölməyi nəzərdə tutur. Bu barədə İranın ali dini lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib.

«Bu gün ABŞ hökumətinin və xüsusilə də prezident Donald Trampın siyasəti ondan ibarətdir ki, onlar bu bölgənin (Yaxın Şərq və Şimali Afrika) ölkələrini zəif salsınlar. Bu zəifləmiş-parçalanmış ölkələrdə özlərinin qeyri-legitim təsirlərini yaysınlar. Bunun ən parlaq nümunəsi kimi Liviyanın və Somalinin təleyini önə çəkmək olar» - deyə, Vilaəyti «Valday» diskusiya klubunun tədbirində çıxış edərkən bildirib.

O, qeyd edib ki, Liviya Şimali Afrikanın böyük və nüfuzlu ölkəsi idi, ancaq NATO qüvvələrinin dəstəyi ilə həyata keçirilən çevrilişdən sonra, «parçalaşmış» oldu, onun təbii ehtiyatları isə bu gün «qarət olunur».

«Onlar Suriyada, İraqda və Yəməndə elə həmin fəlakəti yaratmaq istəyirlər. Yeddi ildən artıqdır ki, Suriyada davam edən müharibə Liviyadakına oxşayır - Suriyanı parçalamağa yönəlib və onlar bunu heç gizlətmirlər də. Deyirlər ki, Suriya parçalanmalıdır - bir hissə kürdlər üçün, bir hissə ələvilər üçün, bir hissə isə sünnülər üçün» - deyə, İranlı məmur əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar