Salyanda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətlər alan Sarvan kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Samirə İmran qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar