Azərbaycanda internetin sürəti azalıb – Ermənistan 28 pillə öndədir

Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.

Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi “CABLE.co.uk”in reytinqinə istinadən məlumat verir.

Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.

Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.

Bundan əvvəlki reytinqdə Azərbaycan saniyədə 2,67 meqabit sürətlə 102-ci yerdə qərarlaşmışdı.

Hazırda Ermənistan isə 3.94 meqabitlə 107-ci sırada yer alır.

Reytinqə əsasən, orta internet sürətinə görə birinci yerdə saniyədə 60,39 meqabit göstərici ilə Sinqapur qərarlaşıb. İlk üçlükdə həmçinin İsveç (46 meqabit/saniyə) və Danimarka (43,99 meqabit/saniyə) yer alıb.

635x100

Şərhlər

Bashirov Qarib 2018-07-16 10:18:22

Bəs deyirdilər biz də kosmos ölkəsiyik,yarım milyard pul xərcləyib iki sputnikə malikik,regionun ölkələrinə sputnik xidmətləri satıb anoloqu olmayan inkişaf yolunu tutacagıq.Bəs hanı bu əfsanələr Yoxsa,bu tonlarla pullar da kosmosda yandı Bu nə hikmətdir,tonlarla pul xərcləsək də muasir texnologiyaya görə afrika ölkələrindən də geridəyik.

Son yazılar