Türkiyə səfirliyində 15 iyul hadisələri anılır - FOTOLAR

Türkiyənin Bakıdakı səfirliyində FETO adlanan terror qruplaşması tərəfindən 15 iyul 2016-cı ildə Ankarada və İstanbulda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı anım tədbiri keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, azərbaycanlı deputatlar, media kapitanları, müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edirlər.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra professor Kamil Günəş 15 iyul şəhidlərinin ruhuna "Fetih surəsi"ni oxuyub.

Tədbir davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar