Mingəçevirdə avtomobil 4 piyadanı vurub - 40 yaşlı qadın və 3 yaşlı körpə ölüb

Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bayraq meydanında baş verib.

Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Onlardan ikisi

qadın biri kişi biri isə azyaşlı körpəsi. Yaralılar xəstəxanaya çatdırılıb. Ancaq yaralılardan 2-si ölüb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb.

Ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını da xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar