Donald Tusk Trampı günahlandırdı! - Yalan danışmaqda...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Şurasının (AŞ) başçısı Donald Tusk Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı yalan danışmaqda günahlandırıb. O, Trampın «Avropa İttifaqı Birləşmiş Ştatların «rəqibidir»» fikirinə etirazını bu cür bildirib və öz «Tvitter»ində yazıb: «Aİ və ABŞ ən yaxşı dostlardır. Kim deyirsə ki, biz düşmənik, deməli, saxta xəbər yayır».

Məlumat üçün bildirək ki, Tramp «CBS News» kanalına müsahibəsində Aİ-ı ABŞ-n rəqibləri sırasına daxil edib. ABŞ prezidentinin fikrincə, Birləşmiş Ştatlar ticarət sahəsində Avropa bloku ilə rəqabət aparır. «Bu mənada, olar doğrudan da bizdən istifadə ediblər» - deyə, Prezident əmin olduğunu bildirib.

«Bu ölkələrin çoxu NATO üzvüdür və öz hesabları üzrə ödəniş etmirlər» - Tramp izah edib.

ABŞ prezidnti rəqiblər sırasına Rusiyanı və Çini də əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar