"RUSİYA BAKIDAN İSTƏDİYİNİ ALA BİLMƏSƏ, ÇEVRİLİŞƏ CƏHD EDƏCƏK" - Qüdrət Həsənquliyevdən ŞOK açıqlamalar

“Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq”

"İqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini təqdim edirik.

- Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var: Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab etmək olarmı?

- Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı. Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa, Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır. Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə bizə ismarıc yolladılar. Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb, bu dəfə hansısa bölgəni terrorçu qruplar (“yaşıl adamcıqlar”) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır. 1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik. Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli, bizi ciddi sınaq gözləyir.

Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beynəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır.

- Sizcə, daha hansı qərarlar qəbul oluna bilər?

- İlk növbədə icra hakimiyyətİ başçılarının islahatlar yolu ilə səlahiyyətləri azaldılmalı, ölkədə mülkiyyət toxunulmazlığı təmin olunmalı, sahibkarların aşağı faizli kreditlər almasına imkan yaradılmalı, sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə gedilməli, ən başlıcası isə Prezident Administrasiyasını hüquqi islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq, nə qədər gec deyil, ifşa olunub iqtidardan qovulmalıdırlar. Onların sosial gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək olmaz.

- Dediyiniz qərarlar qəbul olunmasa, bizi nə gözləyir?

- O zaman ya birləşmiş xarici və daxili düşmənlərə müqavimət göstərib məğlub oluruq, nəticədə ölkə ya vətəndaş müharibəsi ilə dağılır, ya da düşmənlər istədiyi adamı hakimiyyətə gətirirlər. Və yaxud düşmənlərə boyun əyib töycü veririk, onların müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul oluruq, Qarabağ haqqında isə yalnız danışmaq səlahiyyəti alırıq. Amma bu da davamlı sabitliyə və iqtidarın tam toxunulmazlığına təminat verməyəcək, çünki həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq.

- Bildiyimiz kimi, Türkiyənin Rusiyadan C-400 raket kompleksləri almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır. Bu problemi Türkiyə necə çözə bilər?

- Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki, Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər. Türkiyə NATO üzvü olaraq qalmalıdır. Türkiyə NATO-dan çıxarılarsa, ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddət sonra dəyişəcək.

635x100

Şərhlər

Aqsaqqal 2018-07-16 17:05:43

Saq ol muellim, bax bele aciq daniwmaq lazimdir !Neceki cidani cuvalda gizledirik iwler murekkeb olacaq! Bizimle muharibeni ermeni aparmir,ermeni terefden urus muellim aparir! Bunu gizledikce iw uzanacaq!

Azad 2018-07-16 17:05:43

BƏZİ DEPUTALARI KİM SEÇİB, 20 İLDİR DEPUTATDILAR, ANCAQ MİLLİ HİSSİYATLARI YOXDUR, YA OLMAYIB, YA DA Kİ ÖLÜB, YA DA Kİ BU MİLLƏTDƏN DEYİLLƏR. GEDİB RUSUN QUCAĞINDA OTURUBLAR....

Habil 2018-07-16 17:05:43

Bütün bunlar millətimizə qarşı aparılan xainlərin oyundur

Hacı 2018-07-16 17:05:43

Sanki rusun adı ilə Azərbaycan xalqını,dövlətini hədələyirlər. Arazlar,Rəhimzadələr 1920-ci ildə Musabəyovlar,Sultanovlar,Ç.İldırımlar danışan kimi danışırlar. Bu adamları Milli Məclisə sanki Rusiya yerləşdirib.Azərbaycan türkləri sizi yaxşı tanıyır.Artıq açıq təhdidə keçmisiniz,amma arzularınız qrəyinizdə qalacaq.

TARİX 2018-07-16 17:05:43

QÜDRƏT BƏY RUSİYA AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ ƏLİNDƏN ALMAQ İSTƏYİR.YAZINIZDAN BELƏ CIXIR Kİ,RUSA TƏSLİM OLUB NƏ İSTƏSƏ ONU VERMƏLİYİK.AZƏRBAYCANIN BAŞİNA BÜTÜN BƏLALAR RUSİYA TƏRƏFİNDƏN GƏTİRİLİB.AZƏRBAYCAN TORPAĞINDA ERMƏNİ DÖVLƏTİ,20 YANVAR,QARABAĞIN İŞĞALI VƏ S.DEPUTAT KİMİ MÖVQEYİNİZ BAŞA DÜIÜLƏN DEYİL.BU TƏSLİMCİLİKDİR,VƏTƏNƏ XİDMƏT YOLU DEYİL.BİZ İQTİSADİYYATIMIZI GÜGLƏNDİRMƏLİ,YENİ İŞ YERLƏRİ ACMALI,KORRUPSİYANIN QARŞISINI ALMALIYIQ.CAVANLARIMIZIN COXUSU İŞSİZDİR.HƏR ŞEY XARİCDƏN İDXAL OLUNUR.

Vasif 2018-07-16 17:05:43

Hər istiyənə versən da noldu. Bu millət ona görə acından ölür ey kim nə istəsə verilir.

Vüqar Azəri 2018-07-16 17:05:43

....Onun yazısının bir nəticəsi,düçündürəcək məzmunu varmı? Əgər çaşıb bunu oxuyan nə etməli.nə düşünməlidir?Sanki sadə insanların bir səlahiyyətləri var ki,bu məsələlərə təsir edə? Hökumətin görəcəyi işləri millətin boynuna atmaq nəyə bənzəyir? Belə deputatı olan məmləkət elə belə olar.....

o.b.n 2018-07-16 17:05:43

Rus istədiyin ala bilməsə çevriliş edib,Musavatı yoxsa AXCP-ni hakimiyyətə gətirəcək?Axı onları sevməyir Kremil. Hər şey düzələcək can dəldi-gedərdi o gəlir mənbəyi Mandatdan möhkəm yapşın.

EWDER 2018-07-16 17:05:43

.....AVROPADAN TUTMUW RUSIYAYA GEDER,HAMIYA MILYARDLAR VERILİR...AXIRI YAXWI OLSUN.XALQ BIR GUN GORSUN

vetendash 2018-07-16 17:05:43

Rusiya Turkmenistandan, Ozbekistandan, Kazaxstandan, Qirqizstandan, Moldaviyadan, Belorusiyadan, Tacikstandan "ISTEDIYINI" ALA BILMESE, ÇEVRİLİŞƏ CEHD EDECEKMI ? ........ xalqin maddi yashayish veziyyeti chox ACINACAQLIDIR .... ....

EWDER 2018-07-16 17:05:43

....,AVROPADAN TUTMUW RUSIYAYA GEDER,HAMIYA MILYARDLAR VERILİR...AXIRI YAXWI OLSUN.XALQ BIR GUN GORSUN

Elovset muellim 2018-07-16 17:05:43

Ay olkenin Baw naziri Daxili Iwler naziri uzumu Size tutub deyirem, wexsen men bir saat olar Istanbuldan donmuwem, nece gun idi orda idim, tesevvur edin ki bu muddetde bir dene QAI gormedim, bir polis gormedim kucelerde ictimai asayiwden bawqa, ama bizde QAI her bew metreden, kamera radar sistemi var bes bunlar neye lazim? Baxin beyler ele bele weylerdir ki xalqi Dovletden narazi salir.....serbestlik verin Xalqa, RUWVETI yiqiwdirin

miri 2018-07-16 17:05:43

....Bütün bunlar onların gücündən çox bəzi nzirlərin, məmurların "gözükölgəli" olmasının nəticəsidir. Məmləkətə vəzifə üçün çalışan yox, millət üçün çalışan lazımdır.Onda qudurğan məmurlar, susqun deputatxana işçiləri də dəyişər,millətdə heç olmaya illər sonra "gün görmək" ehtimali yaranar.

vetendas 2018-07-16 17:05:43

Ay bey( Mesedi Ibad demisken) indi sen yola nerdivan qoyursan, yoxsa edeceklerinizin yerin rahatlayirsiz?!

Müfəttiş 2018-07-16 17:05:43

Ruslar nə istədiklərini yaxşı bilirlər...........

Bayram 2018-07-16 17:05:43

.....Xarici düşmən olub və həmişə olacaq.İngilislər demişkən ingilisin nə dostu nə də düşməni var, sadəcə ingilislərin öz dövlət maraqları var.O cümlədən bizim dövlət də istəyər ki ona maraqlı olan ölkədə hakimiyyətdə öz istədiyi hökümət olsun.Fikrimcə xarici düşmən amilini bu qədər qabartmaq düzgün deyil.Xalqla hökümətin həqiqi birliyini yaratmaq lazımdır.Necə ki 1995-ci ildə 1000-lərlə insan gecə ikən Prezidenti müdafiyə etmək üçün sarayın qarşısına yığılmışdır.Demokratik seçki siyasəti, azad məhkəmə hakimiyyəti, mütərəqqi təhsil və səhiyyə siyasəti yürütməli, bütün digər sahələrdə islahatlar həyata keçirməli və karupsiyaya qarşı ciddi mübarizə aparmalıdır.Ən əsası xalqı hökümətdən narazı salan harınlamış məmurlar və onların qohumları ciddi cəzalandırılmalıdır.

Beynəl Miləl 2018-07-16 17:05:43

..... 2012-15ci illərdə AB-Şlı həmsədr 7 raуonun qaутarılmasını тələb edəndə Bakı məтbuaтı ABŞ-dakı hər hadisəni тənqid edirdi? BAXCP-li MV-inin Kremllə "ara vurma"sı da az qala, Qarabaglılara hakimiууəтin "üsтün vəтəndaşları" kimi aтa mülkündən imтina çagırışıdır? İqтidarın Kremllə Qardaşlıgını digər siуasi liderlər də dəfələrlə qeуd ediblər.

İlgar 2018-07-16 17:05:43

Ölkənin bu ğünə düşməyinin səbəbi bəzi deputatlarin Azərbaycan deputatxanasinda oturmasidir.

Xalid 2018-07-16 17:05:43

Açıq, ayıq, obyektiv! Bir kəlmə ilə - sağ olun!

omer 2018-07-16 17:05:43

Siyasi duwuncelerimiz ferqli olsada men cox seviniremki bele azerbaycan ogullari var..Qudret bey bize ne lazim oldugunu da deqiq bilir.hemde tam musteqil fikirlerini bildire bilir.ewq olsun...azerbaycana bele insanlar lazimdir

G.M 2018-07-16 17:05:43

Xarici Düşmən axtarışından əvvəl,daxili sosial-iqtisadi,siyasi durum dəqiq qiymətləndirilməli və vacib islahatlar təcili icra olunmalıdır.Xalq öz Dövlətçiliyini qoruyarsa,xarici düşmənlər heç bir iş görə bilməzlər.``Şmotka alverçilərini`` idarəçilikdən,Deputatxanadan uzaqlaşdırmaq lazımdır.

Azərbaycan vətəndaşı 2018-07-16 17:05:43

C.Məmmədquluzadə küçəsində yolun çökməsinin günahkarı Rusiyadadır.

Eldar 2018-07-16 17:05:43

SƏN URUSADASN ƏL ÇƏKMİRSƏN NİYƏ? RUSA NƏ VERMƏK İSTİRSƏN Kİ BİZDƏN ƏL ÇƏKSİN. URUS NƏ İSTİR

Abit 2018-07-16 17:05:43

Bele çıxırli sene deyirler ne istediklerini

Abit 2018-07-16 17:05:43

Nedi sen rusun elçisisen? O qeder vermisiz indide el çekmirler,niye Kazaxstandan,Türkmenistandan ve digerlerinden istiye bilmirler?Bizi üzüyumşaq tanıyıblar

Qulu 2018-07-16 17:05:43

Bəlkə ölkə daxilində korrupsiyanı bir az azaldaq? Məsələn, 10-15 il sakinlər yaşayan, əksər novostroykaların kupçisi (çıxarışı)yoxdur, bir binada 3-5 adam pul ilə alıb qalanlara isə vermirlər-bəlkə presedent hüququ tətbiq edilməlidir? Bəlkə dövlət xəstəxanalarında xidməti pulsuz edək- məsələn, Milli onkoloqiya Mərkəzində dərmanlar puluz verilsin? Diabet xətələrinin dərmanlarının verilməi 2-3 dıfə azaldılmasın? Əhalinin dəstəyi belə şeylərdən də asılıdır

t.ədalət 2018-07-16 17:05:43

...Rusiya Azərbaycanda heç bir çevriliş törədə bilməz.Sadəcə olaraq,cənab Prezident Rusiyanın Azərbaycandakı casuslarını vəzifələrdən uzaqlaşdırmalıdır.Keçmişlə bu gün arasında fərq çox böyükdür.Biz arvadı və anası erməni olanlarla mübarizəyə qoşulmalıyıq.Onlar Rus dövlətindən də təhlükəlidirlər....

Energetik 2018-07-16 17:05:43

Qüdrət bəy "payız" sösünü elə-belə işlətmədi.Bildiyi nə isə var.Payızda(oktyabrda)Rusiya idioloqlarına verilən sösün vaxtı bitir(25 il).......Bütün sahələrdə ölkənin "Şah damarı" olan energetika sahəsindəki qəzalardan da Rusiya "iyi" gəlir.Arxasınca ölkənin 2-ci böyük şəhəri olan Gəncədəki hadisələr..Bu çox ciddi məsələdir.RF ölkəmizin "şah damarını" ələ keçirməyə çalışır ki,sonra da öz işini qəddarcasına görsün(1920-ci il).Necə ki,erməni enerji sistemini ələ keçirib,"zurnasını"calır.

Oxucu 2018-07-16 17:05:43

Qudretin ve sherh yazanlarin fikirlerinde kifayet qeder heqiqet var

miri 2018-07-16 17:05:43

Azpolitika rəhbərliyinə: iqtidari idarə edənlər haqqında fikrimizi yaziriq,buraxmursiniz;bir neçə "əldəyməz" haqqında yazırıq, buraxmursiniz; bəlalarımızın əsl səbəbkarini göstəririk, buraxmursiniz;"siyasi fırıldaqçı"lara inanan oxucu dostlarımıza fikrimizi yaziriq,buraxmursiniz. Bəs Rusiyanin burdakı mövqeyi haqqındakı fikirlərimizi nöqtələrlə niyə əvəz edirsiniz? Bəlkə onlarında himayə olunması haqqında göstəriş almısınız?

Son yazılar