Qarabağda gecə döyüşləri: Ohanyan itkiləri açıqladı

Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin iyulun 26-na keçən gecə təmas xəttinin iki istiqamətində diversiya həmləsi barədə yadığı məlumatdan sonra Ermənistan Müdafiə Nazirliyi itkilərini açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, müdafiə naziri Seyran Ohanyan erməni ordusunun bir əsgərinin öldürüldüyünü, ikisinin yaralandığını bildirib. Ohanyanın iddia etdiyinə görə iyulun 26-na keçən gecə Azərbaycan ordusu təmas xəttinin cənub-şərq istiqamətindən bir neçə diversiya cəhdi edib. Atışma zamanı erməni tərəfi bir nəfər itki verib, ikisi yaralanıb. “Düşmən itki verərək geri çəkilib” deyə Ohanyan bildirib.

Qondarma “DQR müdafiə nazirliyi” isə bildirir ki, bu gecə Azərbaycan ordusunun “diversiya həmləsinin” qarşısının alınması zamanı “müdafiə ordusunun” əsgəri, 1994-cü il təvəllüdlü Xaçatur Levonoçiv Bədəsyan öldürülüb, daha iki əsgər yaralanıb. Açıqlamada iddia edilir ki, Azərbaycan silahlı qüvvələrinin “diversiya həmləsi” edən bölmələri “itki verib” və “texniki vasitələri, silahları” ataraq geri çəkilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alındığını açıqlayıb.Məlumata görə iyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar