Daha bir ulduz futboldan getdi

Braziliya əslli portuqaliyalı futbolçu Deko yubiley matçına çıxıb.

ANS PRESS-in məlumatına görə, futbolçu professional futbol həyatına rəsmi olaraq nöqtə qoyub. Portuqaliya futbol tarixinin ən əhəmiyyətli ulduzlarından sayılan Dekonun şərəfinə bir oyun da keçirilib. 2004-cü ildəki "Portu"' heyətinin üzvləri ilə 2006-cı ildəki "Barselona" heyətinin üzvləri Portuqaliyada qarşı-qarşıya gəlib.

Deko hər iki komandada da bir dövrə oynayıb. Qarşılaşma 4-4 hesabı ilə başa çatıb. Futbolçu hər iki komanda adına bir qol vurub. Messi ilə Eto da matçda fərqlənə biliblər.

Kariyerasını Braziliyanın "Korinthians" klubunda başlayan Deko "Portu"ya transfer olduqdan sonra tanınmağa başlayıb. Ulduz futbolçu Portuqaliya təmsilçisi ilə Çempionlar Liqası kubokunu və Super kuboku qazanıb. Dekonun bu uğuru onu "Barselona"ya və oradan da "Çelsi"yə aparıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar