Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı
Baxiş sayı:
Dərc olunub:
16/07/2018 - 18:22
Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.