Ağ Ev Malayziya təyyarəsinin vurulmasında Putini ittiham edib

"Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, “Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi münaqişə zonasında Malayziyanın Boeing təyyarəsinin məhv edilməsində günahkardır”, - Reuters bildirir.

Biz bilirik ki, Malayziya aviaxəttinə məxsus təyyarə yerdən raketlə vurulub. Bilirik ki, o, separatçıların nəzarət etdiyi ərazidən buraxılıb və həmin vaxt Ukrayna HHM çalışmayıb. Odur ki, biz bu faciədə Putin və rusların günahkar olması barədə rəy verə bilərik”, - o vurğulayıb.

Sonra Ernest senator Çemblisdən sitat gətirib: “Ruslar təlim keçdiklərini özləri vurublar ya da atəş açıblar. İzlər birbaşa Putinə aparır”.

Bundan əvvəl ABŞ kəşfiyyat məlumatına istinadən bildirib ki, Malayziya laynerinin məhv edilməsində yığma qoşun döyüşçüləri günahkardır,lakin Rusiya rəhbərliyinin ünvanına birbaşa ittihamlar yox idi.

Xatırladaq ki, Malayziya aviaxəttinə məxsus Boeing təyyarəsi Donetskdə “Buk” raket sistemi tərəfindən vurulub. Nəticədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar