Çin və Aİ münaqişələrin dinc yola həllinin tərəfdarıdır - Li Ketsyan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Baş naziri Li Ketsyan bazar ertəsi bəyan edib ki, Pekin və Avropa İttifaqı (Aİ) terrora qarşı və bölgəsel münanişələrə yönəlik razılaşdırılmış cavabın tərəfdarıdır. O, hesab edir ki, bu münaqişələr yalnız dinc yolla həll olunmalıdır.

«Bu gün biz, həm də beynəlxalq məsələləri müzakirə etdik. Münaqişələrin və fikir ayrılıqlarının sülh yolu ilə həllinə tərəfdar olduğumuzu bildirdik. Hər iki tərəf terrorçuluğun bütün formalarına qarşı çıxış edir və bölgəsel münaqişələrə razılaşdırılmış cavab vermək niyyətindədir» - deyə, Li Ketsyan bazar ertəsi Avropa Şurasının sədri Donald Tusk və Avropa komisiyasının başçısı Jan-Klod Yunkerlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, tərəflər bölgəsel problemlərin «danışıqlar və əməkdaşlıq yolu ilə» həllinin qaçılmaz olduğuna əmindirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar