"Bu cür dialoqa çoxdan başlamaq lazım idi" - Tramp

Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi.Virtualaz.org-un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında deyib. O, Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib.

ABŞ prezidenti rusiyalı həmkarı ilə dialoqunu “çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub və səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi.

Donald Tramp əlavə edib ki, Helsinki sammitini inkişaf etdirmək məqsədilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər. Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib.

Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminliyini bildirən ABŞ prezidenti Helsinkidə müzakirə olunan problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.

Yeri gəlmişkən, mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən dünya çempionatının rəsmi topunu hədiyyə edib. O, 2026-cı ildə dünya çempionatını ABŞ-ın keçiriləcəyini də xatırladıb.

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar