Avtovağzalda biletlərin qiyməti bahalaşıb? -VİDEO

"M-Trans" MMC-nin növbə rəisi məsələ ilə bağlı açıqlama verib

Ramazan bayramı ilə bağlı 4 qeyri-iş gününü paytaxtdan kənarda keçirmək istəyənlər istirahət etmək üçün bölgələrə üz tuturlar. Bununla bağlı olaraq artıq Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib.

"M-Trans" MMC-nin növbə rəisi Məhəmməd Abdullayevin ANS TV-yə açıqlamasında bildirib ki, bölgələrə əlavə reyslər müəyyən edilib, amma biletlərn qiymətində dəyişiklik gözlənilmir.

"Dünəndən başlayaraq gücləndirilmiş iş rejiminə keçmişik. 520-ə yaxın nəqliyyat vasitəsi yola salmışıq. Bu nəqliyyat vasitələrindən 3 mindən çox sərnişin istifadə edib. Bu günkü gündə isə 600 nəqliyyat vasitəsi yola salacağıq. 15 mindən artıq sərnişinin də bölgələrə getməsi nəzərdə tutulub. Gördüyünüz kimi bütün istiqamətlər marşrut avtobusları ilə təmin olunub. Sərnişinlərin yola salınmasında, nizam-intizamın qorunmasında heç bir problem yoxdur", - deyə Məhəmməd Abdullayev bildirib.

Qeyd edək ki, "M-Trans" MMC-nin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olfuğu bildirilir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar