«ABŞ Rusiya ilə sülh və dostluq istəyir» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra bəyan edib ki, Vaşinqton Moskva  ilə sülh və dostluq istəyir.

«Bizim gözləntilərimiz realdır, ancaq biz, dostluğa, əməkdaşlığa və sülhə ümid edirik. Hesab edirəm ki, Rusiya da bu istəyi bizimlə bölüşür» - deyə, Tramp Rusiya Prezidenti ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ hesab edir ki, «qarşılıqlı fəaliyyət «qarşıdurma»dan yaxşıdır. «Bizim münasibətlərimiz heç vaxt indiki qədər pis olmayıb, amma təxminən 4 saat əvvəl vəziyyət dəyişdi...» - Tramp bildirib və qeyd edib ki, dialoqun davam etdirilməsi qaçılmazdır.

«Dialoqun davam etməsi hər iki ölkənin maraqlarına cavab verir və biz, bunu etməyiə razılaşdıq» - ABŞ Prezidenti qeyd edib.

«ABŞ və Rusiya arasında konstruktiv dialoq dünyamızda sülhə və sabitdiyə aparan yeni yollar açmağa imkan yaradır. Yaxşı olar ki, mən, sülh naminə siyasi riskə gedəm, nəinki siyasət xatirinə sülhlə risk edəm» - deyə, Tramp ümid etdiyini bildirib ki, ABŞ və Rusiya Helsinki sammitində müzakirə olunmuş problemləri həll edə biləcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar