GƏNCƏDƏ YENİ HƏBSLƏR - Daha dörd nəfər saxlanılıb + FOTOLAR (Yenilənib)

İyulun 3-ü və 10-u tarixlərində Gəncədə baş vermiş cinayətlərdə ittiham olunan daha dörd nəfər iyulun 16-da saxlanılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həbs edilmiş Ceyhun Ələkbər oğlu Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və barəsində terror aktı planlaşdırılan digər şəxslərin izlənilməsində ittiham edilir. Sonradan bu məlumat Yunis Səfərova ötürülüb. Qeyd etmək lazımdır ki, Ceyhun Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Digər həbs olunanlar – Vüqar Allahverdiyev və Ülvi Həsənov iyulun 10-da Gəncədə baş vermiş hadisələrin fəal iştirakçıları olublar.Bundan əlavə, Alim Yusifov həbs edilib ki, o kütləvi iğtişaşlarda iştirak etmək məqsədilə kriminal aləmin bir neçə nümayəndəsini Şəmkirdən Gəncəyə çatdırıb.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gəncə hadisəsi ilə bağlı daha 4 nəfər tutuldu

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar