Bağlanmış “nurçu” liseylərin şagirdlərinin taleyi məlum deyil - AKSİYA

Türk liseylərində təhsil alan şahirdlərin valideynləri bu liseylərin bağlanması haqda qərarın ləğvini və övladlarının tədris ilini başa vurmasına imkan verilməsini tələb edir.

Bu tələb bu gün aksiya zamanı irəli sürülüb. Belə ki, valideynlər Bakı özəl türk liseyinin önündə (5 saylı xəstəxananın yanı) aksiya keçiriblər. Oradan onlar Təhsil Nazirliyinə gedəcəklər. Bunu Turan-a valideynlərdən biri deyib.

Cəmi 11 lisey bağlanıb. Burada 4 min şagird təhsil alırdı. Türk liseyləri bağlandıqdan sonra yalnız 300 şagird başqa məktəblərə daxil olub.

Problem ondadır ki, türk liseylərində təhsil ingilis dilində və adi məktəblərdən fərqli olaraq başqa proqram üzrə aparılıb. Digər tərəfdən,

türk liseylərində təhsil haqqı Azərbaycanın özəl ingilisdilli təhsil məktəblərindən azdır.

Odur ki, valideynlər hökuməti liseylərin işini bərpa etməyə və uşaqların oxumasına imkan yaratmağa çağırırlar.

Xatırladaq ki, türk liseyləri ABŞ-da mühacirətdə olan Fətullah Gülənlə əlaqəsi olan “Çağ öyretim” təhsil şəbəkəsinə daxil idi.

Ötən ilin sonunda Gülənlə Türkiyə hkuməti arasında problem yaranıb. Bundan sonra qeyri-rəsmi məlumatlara görə, Ankara Bakıdan “nurçu” liseylərin bağlanmasını tələb edib. Bundan bir il əvvəl isə liseylər SOCAR-ın tabeliyinə verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar