"Mən çox arzu edirəm ki, Fərhad Əliyev əfv olunanlar arasında olsun" - Əli Əhmədov

 YAP-ın icraçı katibi Əli Əhmədov APA-ya bugünkü müsahibəsində Fərhad Əliyevlə bağlı maraqlı açıqlama verib. Əfv barədə danışan Əli Əhmədov, Fərhad Əliyevin azadlığa buraxılmasının mümkünlüyünü bildirib. Hətta nəinki bunu deyib, onun azadlığa buraxılmasını arzuladığını da açıqlayıb.

Ə.Əhmədovun müsahibəsindəki həmin hissəni təqdim edirik:

"Azərbaycan Prezidenti tərəfindən mütəmadi olaraq əfv fərmanları verilir. Bu, İlham Əliyevin, Azərbaycan hakimiyyətinin humanist prinsiplərinin tərkib hissəsidir. Biz hesab edirik ki, cəzaçəkmə müəssisəsində insanların saxlanması onların cəzalandırılmasından çox, islah olunmasına xidmət edir. Bu yanaşma öz məqsədinə çatdıqca da prezident tərəfindən əfv fərmanları verilir. Növbəti dəfə həmin mülahizələrə istinad edərək Azərbaycanda əfv olacaq və yenə də xeyli sayda insan bu əfvlə cəzalarının bir hissəsini çəkmədən azadlığa çıxa biləcək. Onların arasında Fərhad Əliyevin də olması mümkündür. Mən çox arzu edirəm ki, o da əfv olunanlar arasında olsun. Amma birmənalı şəkildə bildirmək istəyirəm ki, Fərhad Əliyevlə bağlı qəbul olunacaq qərar heç də onun İlham Əliyevə səs verməsi ilə əlaqəli olmayacaq, bu fakt əsas kimi götürülməyəcək. Fərhad Əliyev İlham Əliyevə səs veribsə, bu onun daxili istəyindən irəliyə gələn addımdır. Yəqin ki, bu addımı atmaq üçün onun kifayət qədər əsasları olub."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar