Türkiyədən İsrailə Ramazanda atəşkəs təklifi

Dvudoğlu ilə Kerrinin “bədən dili” dünya mediasında mövzu oldu

 

İyulun 26-da Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu Parisdə ABŞ dövlət katibi Con Kerri ilə İsraillə “Həmas” arasında atəşkəs əldə edilməsi üzrə məsləhətləşmələr aparıb. Atəşkəs senarilərini müzakirə edən Türkiyə və ABŞ xarici siyasət idarələri rəhbərlərinin jestləri diqqət çəkib.

ABŞ-ın Paris səfirliyi binasında keçirilən görüşdə çəkilən fotolar dünyanın bir sıra aparıcı media quruluşlarından çeşidli təpkilər alıb. Davudoğlu ilə Con Kerrinin təkbətək söhbəti zamanı hər iki nazirin, xüsusən Kerrinin protokol qaydalarına uymayan oturuşu tənqid olunub.

Danışıqların nəticəsinə gəlincə, tərəflər iyulun 26-da Fransa, İngiltərə, İtaliya, Almaniya, Qətər xarici işlər nazirlərinin də qatılacağı müzakirələrə keçirməyi, ikitərəfli görüşdə razılaşdırdıqları məqamları bir daha gözdən keçirməyi qərarlaşdırıb. Hər iki nazir elan edib ki, iyulun 26-da Qəzzada silahların susması üçün öməmli qərarlar alınacağına böyük ümidləri var. İlkin olaraq İsrail və “Həmas”a Ramazan bayramı münasibəti ilə bir həftəlik qeyd-şərtsiz atəşkəs qərarı vermələri tövsiyə olunacaq. Bu təklifin müəllifi Türkiyə tərəfdir. İyulun 25-də Ahmet Davudoğlu Qətərin xarici işlər naziri Halid bin Muhammed el-Atiyye və “Həmas” siyasi qanadının rəhbəri Halit Meşalla ilə bu məsələ ilə bağlı üçtərəfli müzakirələr aparmışdı.

Türkiyə ordusunun ehtiyatda olan zabitlərini həbs edən polis məmurları həbs olunub. İyulun 26-da İstanbul Baş Prokurorluğunun iddiası əsasında Çağlayan məhkəməsi “Gülən” hərəkatının önəmli isimləri kimi tanınan yüksək rütbəli polis məmurları Ali Fuat Yılmazer, Erol Demirhan, Hikmet Kopan, Abdülhakim Sönmez, Harun Aydın, Muhammet Ali Iklı, Tolga Güzeltaş, İkbal Kayaduman, Metin Canbay, Ali İhsan Tezcanın 3 aylıq həbsi ilə bağlı qərar çıxarıb.

15 və 25 dekabr “Böyük rüşvət əməliyyatı”na rəbhərlik edən isimlərdən olan Ali Fuat Yılmazer və Erol Demirhan cinayət məqsədi ilə hörgüt qurnaq və idarə etməkdə şübhəli bilinir.

Onu da vurğulayaq ki, iyulun 26-da haqlarında 3 aylıq həbs qərarı çıxan İstanbul əmniyyətinin istihbarat şöbəsinin müdiri Erol Demirhanla terrorla mübarizə şöbəsinin müdiri Yurt Atayün 2009-cu ildən başlayaraq “Ergenekon”, “Balyoz” həbslərini həyata keçirib. Ordu generalı rütbəli ehtiyatda olan paşalar Çetin Doğan, İbrahim Fırtına, Özden Örnek, Ergin Saygun bu şəxslərin rəhbərlik etdiyi əməliyyat zamanı həbs edilmişdi. Türkiyə mediası Ali Fuat Yılmazeri “Ergenekon” və “Balyoz” istintaqlarının baş memarı kimi təqdim edir.

Türkiyədə ötən gün daha bir araşdırma başladılıb. İçərisində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və komandasının olduğu Ankara-İstanbul sürət qatarının İzmit yaxınlarında elektrik xəttinin qırılması nəticəsində 15 dəqiqəlik dayanması faktı araşdırılır. İyulun 26-da baş naziri Ankaradan İstanbula gətirən sürək qatarını idarə edən elektrik naqillərindən biri qırılaraq qatarın ön şüşəsinə çırpılıb şüşəni bir neçə yerdən çatladıb. 15 dəqiqəyə yaxın təmirdən sonra qatar yenidən İstanbula yola çıxıb.

“360 TV”-nin xəbər müdiri Samed Karagöz baş verən xoşagəlməzliklər üçün gəzi olayları iştirakçılarını məsul tutub. Twitter hesabından məsələ ilə bağlı fikirlərini açıqlayan Karagöz “gəziçilər”i təxribatda suçlayıb: “Gəziçilər yenə səhnədədir. Mərmərədə “stop”a basdılar, İzmitdə də xətti kəsdilər”.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirə edilib. Bir sıra vətəndaşlar qatarın durmasını Tanrının özünü xalqa yaxın göstərmək istəyən AKP iqtidarına dur işarəti kimi təqdim edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar