Bakıda dəhşətli qəza – Qadının qucağında olan körpə… – VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib.Minval.İnfo xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu ərazisində yerləşən parkının yanında, Vergilər Nazirliyinin inzibati binasının qarşısında baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirib və digər avtomobilə çırpılıb. Onun toqquşduğu avtomobil də səkidə dayanan yaşlı qadını vurub. Hadisə baş verən zaman qadının qucağında nəvəsi olub.

Qəza nəticəsində yaranan zərbədən uşaq qadının qucağından uçaraq yaxınlıqdakı otluğa düşüb. Hadisə şahidlərinin dediyinə görə, körpənin vəziyyəti yaxşı olsa da, qadın hərəkətsiz halda olub.

635x100

Şərhlər

t.ədalət 2018-07-17 22:56:17

Cərimələri hərəkət qaydalarını pozanların üzərinə yükləmək lazımdır.Keçid yerlərində,şəhər içində sürət artıranlar haqqında ciddi cəza olmasa,hadisələr azalmayacaq.

Son yazılar