SOCAR yayılan məlumatları təkzib etdi

SOCAR Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı ilə bağlı bəzi KİV-lərdə yer alan məlumata münasibət bildirib.

SOCAR-dan “Report”a bildirilib ki, şirkətin “Novıy potok”un səhmlərini alması barədə yayılan məlumat əsassızdır.

Qeyd edək ki, bu gün pravdaurfo.ru saytında SOCAR-ın Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı barədə iddia yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar