“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək” - Behruz Kəmalvənd

Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) pozulması ilə İranın nüvə proqramının inkişaf sürəti ölkənin daxili ehtiyacına uyğun həyata keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvənd deyib.

«Hərtərəfli Bİrgə Fəaliyyət Planı olmazsa İranın nüvə fəaliyyətləri sürətlə artırılacaq və uranın zənginləşdirilməsi prosesində heç bir məhdudiyyət qoyulmayacaq. Bütün bu variantlar masa üzərindədir. HBFP davam etdirilərsə yaxşıdır, əks təqdirdə İran nüvə proqramını sürətlə davam etdiriləcək. Ölkəmizin ehtiyacını təmin etmək üçün proqramımızı davam etdirəcəyik”.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. Bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. D.Tramp İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar