NAZİR 2 İDARƏ RƏİSİNİ İŞDƏN ÇIXARDI - Nazirlikdə yeni təyinat

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə yeni müdir təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.

"APA-Economics"in məlumatına görə, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Sedaqet 2018-07-18 13:00:46

Hele bu harasidi? Inam kerimov terefinden savadsiz idareetmenin sonu BATAQLIQDIR!!! Heyif...cox heyif

məmməd 2018-07-18 13:00:46

Cənab Nazir, bu gün Şəki Bazarında qəssablar ət satışını dayandırıblar, səbəb Baytarlıq tərəfindən ətin üzərinə vurduqları möhürün qiymətinin qalxması ilə əlaqəlidir. Ətin üzərinə möhürün vurulmasının qiymətini 4 manat ediblər.Baytarlarda öz sahələrində vətəndaşlar arasında narazılıqları yaratmaq istəyirlər Xahiş edirik Baytar həkimlərin özbaşnalıqlarına son qoyasınız

Son yazılar