«Tramp bəşəriyyətin və Yer planetinin düşmənidir!» - Boliviya Prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Boliviyanın Prezidenti Evo Morales Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı «bəşəriyyətin düşməni» adlandırıb.

«Bu zamanın düşməni - ABŞ Prezidenti Donald Tramp. Bəşəriyyətin, Yer planetinin düşməni...» - deyə, "radio W" Kubada keçirilən «San Paulu» forumunda Moralesin səsləndirdiyi bəyanatdan sitat gətirib.

Boliviya Prezidenti həm də bəyan edib ki, mərhum Fidel Kastronun vaxtilə təbliğ etdiyi antiimperialist ideyalar indi əvvəlkindən də aktualdır.

Elə həmin forumda Venesueanın Prezidenti Nikolas Maduro onun ölkəsinə və Nikaraquyaya qarşı yönəlmiş «imperializmin təcavüzü» barədə bəyanat verib.

635x100

Şərhlər

Hörmət 2018-07-18 15:08:00

Başda Tramp olmaqla,ABŞ və onun rəhbərlik etdiyi Nato bəşəriyyətin və yer planetinin düşmənidir.

Azərbaycan vətəndaşı 2018-07-18 15:08:00

Tamamilə düzgündür.

Son yazılar