Rusiya Koreya yarımadası ilə bağlı müzakirələri vaxib sayır

«AzPoliika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Yaponiyadakı səfiri Mixail Qaluzin «RİA Novosti» agentliyinə verdiyi müsahibə verib. O, bəyan edib ki, Rusiyanın fikrincə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası məsələsi ilə paralel olpraq, Koreya yarımadasıda sülh və sabitliyin təmin olunması üçün çoxtərəfli formatda mexanizmlərin müzakirəsinə başlanmalıdır.

Onun sölərinə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin «Fox News»-ə verdiyi müsahibədə bəyan etdiyi kimi, Koreya yarımadasında tam denuklearizasiyaya nail olmaq üçün, şübhəsiz, beynəlxalq zəmanət tələb olunacaq. Rusiya həmin məsələyə özündən asılı olan qədərində tövhəsini verməyə hazırdır.

«Koreya yarımadasında denuklearizasiya prosesi başlanandan sonra və ya onunla paralel olaraq, biz hesab edirik ki, Şimal-Şərqi Asiyada, hər şeydən əvvəl, Koreya yarımadasında dayanıqlı sülhün, təhlükəsizliyin necə təmin olunacağı mexanizmlərini müəyyən etmək məqsədilə çoxtərəfli formatda müzakirələrin başlanması qaçılmaz olacaq» - Qaluzin bildirib.

O, əmin olduğunu bildirib ki, bu məsələdə «və ümumilikdə, Koreya yapımadasında denuklearizasiyanın qaçılmazlığı» məsələsinə Rusiyanın və Yaponiyanın yanaşması bir-birinə xeyli yaxındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar