TUNELDƏ ŞOU GÖSTƏRƏN GƏNCLƏR HƏBS OLUNDU – VİDEO + FOTO

Bakıda toy karvanında iştirak edən və tuneldə yolu kəsən sürücülər saxlanılıb. REAL-ın məlumatına görə, görüntülər əsasında araşdırmalara başlayan hüquq-mühafizə orqanları avtomobillərin sürücülərini müəyyənləşdirib.

Ümumilikdə 12 nəfər saxlanılıb. Artıq onlardan 5-i məhkəmə qarşısına çıxarılıb və 20 gün müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Digət 7 nəfər barəsində də məhkəmə qərarının veriləcəyi gözlənilir.

Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.

İlkin məlumata görə, hadisəni törədənlərin hamısı avtomobil bazarında biznes fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb və bu hərəkət izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Bakıdakı tunellərin birində hərəkət edən həmin toy karvanındakı sürücülər yolu kəsərək avtomobildən düşüblər və zər yağışı yağdırmağa başlayıblar.

635x100

Şərhlər

Fuad 2018-07-18 16:03:41

... yollarda harınnamış məmur övladlarının cammatı öldürüb qaçanda gedib tutub kamera qarşısına çıxardadın da niyə eləmədin. Spikerin yol gedəndə neçə dəqiqə yolu bağlayırlar .... indi bu uşaqlar 15 saniyə bağlayıb yolu tutub cəzalandırırsan .....

ayzek 2018-07-18 16:03:41

Vaqif müəllim işini ehtiyatlı tutan adamdır: Fikirləşib ki bu videonun altından elə adamlar çıxa bilər ki onun özünü "tunel"ə salıb, qonaq edərlər.Ona görə də əvvəldən özünə ipucu qoyub.

Telman 2018-07-18 16:03:41

vaqif esedovu yaxshicana villasini cekib qoymushdular butun saytlara. Eceb elemishdiler. Ustelikde jurnalistlerin binasindanda ev verilmesini arzulayirdi. Bilmedim oldu yoxsa yox? bu gencleri cezalandirmaq qanuna muvafiq olaraq lazimdi. Yoxsa cekilish edib alcaltmaq lazim deyil

Vətəndaş 2018-07-18 16:03:41

Bu hal kütləvililik təşkil etməməsindən ötrü Qanunlarımızızu, ictimai qaydanı kobud şəkildə pozaraq qərəzli xuliqanlıq etmələri nəzərə almaqla bu vətəndaşlar hətərəfli yoxlanılmalı, onların mənşəyi, əyyaşlığı, narkotika istifadəçiləri olub-olmamamaları, başqa hər hansı cinayət hərəkətləri törətmələri və sair olub-olmaması yoxlanılmalı və bunlardan irəli gələn digər hərəkətlər edilməlidir. Hər biri haqqında iş və yaşayış yerlərinə təqdimat göndərilməli və nəzarətdə saxlanılmalıdır.

Oxucu 2018-07-18 16:03:41

Bes yazirdilar memur evladlaridir.????.... Gorduz gormemishlerdir?..

sürücü 2018-07-18 16:03:41

Bəs Vaqif bəy söyləmişdi ki,bu köhnə illərin videosudur.Nə oldu? Deyəndə ki, bu adam təsadüfidir,inanmırlar Bu da bir sübut!

Yetiim 2018-07-18 16:03:41

Varli veya memur ovladi olsaydilar bu mesele bele hell olunmazdi. Birdeki nolub adam oldurmuyubler ki, bunlari cekilish olmadanda ceza vermek olardi. Beyem her ceza alan alcaldilmalidi? Axi onlar insandi. Niye bu polis yasti yasti danisharaq bunlari bele alcaldir. Cezasini ver bitsindeeee. Ozunun villasini cekib qoyanda ..... Amma bashqalarini alcaldir. Bu hecde bashqalari bundan ibret detsi gotursun deye cekilmiyib. .....

NURəddin 2018-07-18 16:03:41

Normalda bu cür xuliqanlar cəzalandırılmalıdırlar.Amma hər şey əksinə olacaq.Bu xuliqanların başlarını sığallayıb üzlərindən öpəcək, -əcəb eləmisən, belə də davam elə, deyib müvafiq miqdarda "cərimələyib" buraxacaqlar.

G.M 2018-07-18 16:03:41

Sosial şəbəkələrdə ``qudurğan məmur övladları`` adlandırılan bu qurupda kimdir məmur övladı...Deməli bizim məmləkətdə məmurdan da qorxulu,``qudurğan`` kasıblar var.Ümumiyətcə bizim ölkədə kasıb və yazıqların sayı olduqca azdır.Metroya daxil olan hər kəsin mobil telefonu 600-1600 manat dəyərindədir.Niyə...çünki hamı bir-birindən``0ğurluq`` dolanır.Məmur büdcədən,icraçı məmurdan,fəhlə icraçıdan oğurlayır.Allah bizə rəhm eləsin.

alı 2018-07-18 16:03:41

Göründüyü kimi fərq etməz varlısı və ya kasıbı biz tez quduran çoxdur. Bir tikə çərək tapanda Qanunları,qaydaları,ədəb ərkanı tapdalamaqla fərqlənməyə,özümüzü göstərməyə tələsirik......Elə ona görə də iqtidarımız bunu bildiyi üçün xalqımıza elə çörək verir ki, qarnı döymasın.Bilir ki,qarnı doyan kimi bu hoqqaları törədəcək.....

Ağsaqqal 2018-07-18 16:03:41

Bəs polkovnik Vaqif Əsədov deyirdi,köhnə çəkilişdi.Nə bilim, heç kimi tanımaq olmur.Daha Vaqif müəllimə sözüm yoxdur. Heç olmasa xalqdan dedikləri sözlərə görə üzr istəsin.Yenə də burda qaranlıq məsələ var.Avtomobil bazarında işləyən alvrçilər,belə axmaqlığa getməzlər.Üzdən bunları tanıyan varsa burda yazsın.görək həqiqətdi, yoxsa yox.

Son yazılar