Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

Dərc olunub: 18/07/2018 - 17:06

247432_res_01Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb. Virtualaz.org xəbər verir ki, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.

Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

247433_src

Lakin “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupu Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolara əsasən Kazaryan əlində avtomat postda növbə çəkir. Digər fotoda isə o xüsusi təyinatlıların avtomobilinin qarşısında dayanıb. Başqa fotoda isə Kazaryanı erməni hərbi jurnalist və kinorejissor Arшak Zakaryanın da yer aldığı qrupun əhatəsində görmək olar. Bu fotolar çox güman ki, Kazaryanın sosial şəbəkə hesablarından götürülüb. Ermənistan Müdafiə Nazirliyi və XİN isə Kazaryanın ağıldankəm mülki sakin olduğu haqda bəyanatlar verməzdən əvvəl bu fotoların yığışdırılmasını yaddan çıxarıb.

Necə deyərlər,  Ermənistanda bu dəfə baltanı daşa vurublar…

247436_src247434_src 247435_src 247437_src


loading...




Fikrinizi bildirin