İranda sosial şəbəkələrin 46 istifadəçisi tutulub

İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosal şəbəkələrin 46 istifadəçisi tutulub.

“Report” “araznews”a istinadla xəbər verir ki, tutulanlardan 8-i qadındır.

Bildirlib ki, onlar İran qayadalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.

Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polsidən bildirilib: “Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar