Xəzərdə 58 yaşlı kişi boğulub

Xəzər dənizində 58 yaşlı kişi boğulub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar