Londonda İsrail əleyhinə etiraz aksiyası keçirilib

Britaniyanın paytaxtında İsrailin Qəzza sektorunda keçirdiyi hərbi əməliyyatlara qarşı etiraz aksiyası keçirilib.

APA-nın verdiyi xəbərə görə, təxminən 45 min nəfərin iştirak etdiyi nümayiş İsrail səfirliyinin qarşısında başlayıb.

Sonra nümayişçilər Britaniya parlamenti istiqamətində yürüş ediblər.

Aksiya iştirakçıları İsrailin fələstinlilərə qarşı hərəkətlərini qətiyyətlə pisləyiblər, eləcə də Qəzza sektorunda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırışlar səsləndiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar