"Rusiyada kommunizm qurduğuna görə, Avropa İttifaqını məhkəməyə verək" - Jirinovskidən təklif

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Rusiya ərazilərində kommunizm quruculuğu eksperimentləri apardığına görə, Avropa İttifaqına (Aİ) qarşı 1 trilyon avro məbləğində məhkəmə iddiası qaldırmağı təklif edib.

«Rusiya ərazilərində kommunizm quruculuğu məqsədilə eksperiment apardığına görə, rus xalqına ödəmək üçün Avropa İttifaqına qarşı 1 trilyon avro məbləğində məhkəmə iddiası qaldırmağı təklif edirik. Bu eksperiment ölkədə mənəvi aşınmaya, dayaqların məhv olmasına, çoxsaylı qurbanlara gətirib çıxardıb» - deyə, «qoca yəhudi» jurnalistlərə bildirib. Amma həmin eksperimentlərin konkret olaraq, məhz yəhudilər tərəfindən həyata keçirildiyi barədə «rus xalqının çağırılmamış vəkili» bircə kəlmə də danışmayıb.

Jirinovski bildirib ki, Qərb ölkələrində maraqların, o cümlədə, maddi maraqların məhkəmədə müdafiəsi praktikası geniş yayılıb. Onun fikrincə, Rusiya da bu yolla getməlidir.

Bu da maraqlıdır ki, kommunizm eksperimentlərinə görə, Aİ nə üçün məhz Rusiyaya kompensasiya ödəməlidir? Axı, eksperimentlər təkcə Rusiyada yox, daha 14 müttəfiq respublikanın ərazisində aparılıb...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar