Kərkükdə ardıcıl üç partlayış baş verib

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadla verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar