Nuru Əliyev də "Hafka" ilə qohumluğu bitirdi – FOTOLAR

“Nurgun Trading” şirkətinin prezidenti Nuru Əliyevlə tanınmış iş adamı Hafiz Məmmədovun qohumluğuna son verilib. Axar.az xəbər verir ki, ötən il iyulun 6-da dəbdəbəli mərasimlə toy edən qudaların övladları boşanıblar. Xəbərdə bildirilir ki, bu qohumluq əlaqəsinin kəsilməsinə səbəb həm də Hafka adı ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun son aylar biznesində geriləmələr və adının müxtəlif qalmaqallarda hallanmasıdır. “Lans” və “Bakı” klublarının prezidenti Hafiz Məmmədov “Bank of Azerbaijan”ın idarə heyətində uzaqlaşdırıldı, biznes strukturlarından bir neçəsi çökdü. Hafiz Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla şərikli bizneslərində də problemlər yaranıb. Anar Məmmədovun onunla şərikliyə son verdiyi iddia edilir.

Hafkanın sahibi olduğu “Bakı” klubunun borclarını verməməsi və AFFA-nın bu ödənişləri Hafiz Məmmədovun adından “borc olaraq” ödəməsi də iş adamı ətrafında yaranan söz-söhbətləri daha da dərinləşdirdi. Nuru Əliyev isə hazırda 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəyə malik “Nurgün Trading”in sahibidir. Mərkəzi anbarları Bakıda yerləşməklə, şirkətin bütün respublikanı əhatə edən distribütor şəbəkəsi fəaliyyət göstərir.

«Nurgün» Sirkətlər Qrupu Granini, Perrier, Vittel, S.Pelleqrino, Les Grands Chais və s. kimi markaların Azərbaycan Republikasında eksklüziv distribütorudur. Nuru Əliyev də artıq keçmişə çevrilən qudası kimi futbol həvəskarıdır. O, “Rəvan”a sponsorluq edir.

Xatırladaq ki, Hafiz Məmmədovun oğlu Kənan Məmmədovla “Nurgün Trading” şirkətinin prezidenti Nuru Əliyevin qızının toyu 2013-cü il iyulun 6-da “Buta Palace”da baş tutub. Toyda İspaniyanın məşhur opera ifaçısı Xose Karreras, türkiyəli müğənni Kənan Doğulu və Abbas Bağırov iştirak edib. Toyun aparıcısı Murad Dadaşov olub. Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar