NAZPƏRİNİN ELMİ DƏRƏCƏSİ SAXTA ÇIXDI - RƏSMİ AÇIQLAMA

Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komissiyanın aparat rəhbəri Arif Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.

Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: “Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”.

Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.

635x100

Şərhlər

Semed 2018-07-19 13:18:44

men seni sevmisem ozum de bilmeden...oxuyun da bunu ki bacarirsiz ad filan hamisi bos weylerdi sesiniz cox gozeldi oxuduqunuz mahnilar da

Poçtalyon 2018-07-19 13:18:44

NazPəri x. televizorda danışanda açıq-aşkar onun nəinki Ali təhsilə, heç orta məktəb səviyyəsində orta savada malik olmadığı görümür. Ondakı qalmış elmi ada. Aktirisa Toppuş bacı burda deyərdi; "Sonrakı peşimançılıq fayda verməz və yaxud da daldan atılan daş topuğa dəyər". Hm....

.... FƏLSƏFƏSİ: 2018-07-19 13:18:44

NAZPƏRİYƏ ..... FƏLSƏFƏ DOKTORU ADI VERMƏK DAHA UYĞUN OLARDI...

Anar 2018-07-19 13:18:44

Ulduz kino filmine baxmayanlar,baxsinlar.Orda elmler namizedi var,Gulumserov.Bu artistlerin alimliyi professorluqu tocnu Gulumserovun alimliyine oxsayirlar.Bu serhi oxuyanlar,mutleq Ulduz filmine baxin.Deyesen hele gulmeli aqlamali gunlerimiz cox olacaq.

EWDER 2018-07-19 13:18:44

VALLAH GULMELIDI...SEN BIR AZ GOZLA...BURA AZERBAYCANDI.HAMI NAQIL DANIWIR

Mehdi 2018-07-19 13:18:44

Sabanin(Kamal Sunalin)cekildiyi Tosun pasa filmine baxmisiniz.Sabana deyirler sen bu gunden pasasan.Saban da deyieki he men de pasayam sizde pasasiniz hepimiz pasayiq.Indiki adamlar ekseriyyeti ozunu alim hesab eluyir deyesen axi.Vallah anormalluqdir.

Abit 2018-07-19 13:18:44

.... adı gelende başım ağrıyır...... indide alim olub. Alimlik derecesi alacaq.....

helime 2018-07-19 13:18:44

saxta oldugu onsuzda bilinirdi,chunki,orada XALQ ARTISTI filan kese sozu yazilmishdi.Sertifikatda titul qeyd olunmur,sadece,adi ve familiyasi,atasinin adi geyd olunur.Her kim bunu edibse,chox sabadsiz birisidir.Bashi chixsaydi,ele kobud sehv buraxmazdi.

Son yazılar