Qəzzada ölənlərin sayı 1049-a çatdı

İsrailin iyulun 7-də həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 1049 nəfər ölüb, 5900 nəfər yaralanıb. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Qəzzanın atəşə tutulması nəticəsində yaralanan iki fələstinli xəstəxanada dünyasını dəyişib.

Iyukun 7-də İsrail ordusu Qəzzada əməliyyata başlayıb. Əvvəlcə havadan və dənizdən Qəzzaya zərbələr endirilib, iyulun 17-dən isə quru əməliyyatları həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar